[b]Lisenziya sayında kimlər geri, kimlər irəli gedir? - Rioya 99 gün qaldı[/b]
28.04.2016 - 15:46
[b]Lisenziya sayında kimlər geri, kimlər irəli gedir? - Rioya 99 gün qaldı[/b]

Avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində startı veriləcək növbəti Yay Olimpiya Oyunlarına artıq 99 gün qalıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi avqustun 5-də start götürəcək 4 illiyin ən möhtəşəm yarışına hələlik 43 lisenziya qazanıb.

 

Bu lisenziyalar 10 idman növündə əldə olunub (ölkəmizdə bəzi idman növlərində federasiyalar bir olduğu üçün). Rioya bilet sifariş verən kişi atletlərimizin sayı 33, qadın idmançılarımızın sayı 11-di.

 

Bu, ümumilikdə London Olimpiadası ilə müqayisədə 11 vəsiqə azdı. Lakin qarşıda lisenziya turnirlərini nəzərə alsaq, hər Olimpiya Oyunlarında rekord vuran yığmamızdan bu dəfə də uğur gözləməyə dəyər.

 

Atletika növündə hələlik 4 il öncə olduğu kimi, 3 lisenziya əldə edilib. Onların bu sayı artıracağı istisna olunmur.

 

Avarçəkmədə eyni hal müşahidə olunur. Komandanın ötən ilki nəticəsini təkrarladığını söyləmək mümkündü. Çünki London-2012-də 5 idmançı ilə təmsil olunan federasiya bu dəfə istər atlet, istərsə də, lisenziya sayında eyni nəticəni göstərib.

 

Son illər dopinq qalmaqalından yaxa qurtara bilməyən ağırlıqqaldırma isə geriləmə müşahidə olunur. Bu növ üzrə yığmamız Rioya ən azı Londonla müqayisədə 1 nəfər az yollanacaq. Bu da o halda mümkündü ki, dünya çempionatından sonra A testləri müsbət nəticə verən kişi idmançılarımızın B probunda eyni hal yaşanmasın və öz çəkisində planetin ən güclüsü Boyanka Kostovaya (58 kq) “wild card”ın verilməsi rəsmiləşsin.

 

Boks yığmamız Rioda lisenziya sayında rekord vurmağa yaxındı. Artıq London Olimpiadasındakı iştirakçı sayını təkrarlayan komanda Afina-2004-dəki (9 lisenziya) ən yüksək göstəricini də geridə qoymağı hədəfləyib. Bunun üçün isə onlara Bakıda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində (kişilər) və Qazaxıstanda olacaq dünya çempionatında (qadınlar) cəmi 2 vəsiqə də kifayət edəcək.

 

Qılıncoynatmada da geriləmə yoxdu. Səbinə Mikina 4 il əvvəl olduğu kimi lisenziya qazanmaqla, bu idman növünün ölkəmizdə hələ də “ölmədiyini” nümayiş etdirib.

 

Üzgüçülükdə ilk dəfə Olimpiadaya “wild card”la yollanmayacağıq. Maksim Şemberev normativi yerinə yetirdiyindən bu hüquqa yiyələnib. Lakin qadınların yarışı üçün “güzəştli vərəqə” gözləməyə dəyər.

 

Velosiped idmanında da irəliləyiş hiss olunur. Çünki ötən yarışla müqayisədə bu dəfə 1 deyil, 1 idmançımız Braziliyaya yollanacaq. Özü də onlardan Olqa İsmayılova 2 - həm sprint, həm də keyrin növlərində start xəttinə çıxacaq.

 

Taekvondo yığmamız Rioda tam heyətlə təmsil olunacaq. Artıq müəyyən müddət bu uğura imza atan millimiz digər idman növlərində olduğu kimi Olimpiada hazırlıqlarını davam etdirir və 4 çəkinin hər birində medalla iddialıdı.

 

Gimnastlarımız da lisenziyalarının sayını artıranlar siyahısındadı. İdman gimnastlarımız ilk dəfə Olimpiadada 2 nəfərlə azarkeşləri önünə çıxacağı halda, bədii gimnastımız Marina Durunda bu idman növündə Oyunlarda seriyanın qırılmasına imkan verməyib.

 

Güləş yığmamız da Londondakı kimi 13 lisenziyanı artıq “cibinə” qoyub. Qarşıdakı lisenziya turnirlərini nəzərə alsaq, bu sayın artacağı gözləniləndi. Müqayisə üçün bildirək ki, sərbəst güləş üzrə komandamız Rioda tam heyətlə çıxış edəcək. Qadın güləşçilərimizdə də vəsiqələrin sayında artım var. Lakin yunan-Roma millimiz haqda isə bunu demək olmaz.

 

Londonla müqayisədə bu dəfə hələlik atçılıq, atıcılıq və cüdo idman növlərində vəsiqələrimiz yoxdu. “Snayperlər”in mübarizəsində ölkəmiz yalnız “wild card”a ümid etdiyi halda, atçılıqda iştirak etməyəcəyimiz dəqiqləşib. Camal Rəhimovun əsas atı zədəli olduğundan, lazımı xal toplaya bilməyib.

 

Cüdo növündə isə lisenziyaların rəsmiləşməsi qalıb. Çünki burada vəsiqələr Olimpiya tsiklin sonunda reytinqdə tutduğu yerə və xala əsasən verildiyindən son yarışların nəticələri gözlənilir.

 

Rioda yeni idman növlərində də iştirakımız mümkündü. Bu siyahıda triatlonun yer alacağı daha inandırıcıdı.

 

 

 

İdman növü

Kişi

Qadın

Cəmi

Atletika

Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m)

Anna Skidan (çəkicatma)

3

Avarçəkmə

Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom)

İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m)

4

Ağırlıqqaldırma

4

 

4

Boks

Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdulayev (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq)

Yana Alekseyevna (60 kq)

8

Qılıncoynatma

 

Səbinə Mikina (sablya)

1

Üzgüçülük

Maksim Şemberev

 

1

Velosiped idmanı

Maksim Averin

Olqa İsmayılova

2

Taekvondo

Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (+80 kq)

Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq)

4

Gimnastika

Oleq Stepko, Petro Paxnyuk (idman gimnastikası)

Marina Durunda (bədii gimnastika)

3

Güləş

Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (yunan-Roma güləşi, 85 kq), Mircəlal Həsənzadə (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (75 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq),  Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq)

 

Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (58 kq)

13

 

33

11

43

 

 

 

Qeyd edək ki, lisenziya turnirləri davam etdiyindən və “wild card”lar tam paylanmadığından vəsiqələrin sayının artması və yığmamızın rekord vurması gözləniləndi. 

0