Ronaldonun zədəsi ciddi çıxdı
28.04.2016 - 16:17
Ronaldonun zədəsi ciddi çıxdı

“Real”ın lideri Kriştianu Ronaldonun zədəsi ciddi çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı futbolçu üçün mövsüm vaxtından tez başa çata bilər.

 

Çempionlar Liqasının (ÇL) “Mançester Siti” ilə (0:0) ilk yarımfinal matçında meydana çıxmayan 31 yaşlı superulduzun qasıq nahiyəsində yırtıq aşkarlanıb. Bu isə o deməkdi ki, madridlilərin qol “maşını” bir müddət “dincələcək”. CR7-nin həftəsonu “Real Sosyedad”la keçiriləcək Primero matçını buraxacağı dəqiqdi. Onun hətta “Mançester Siti” ilə (4 may) cavab görüşündə, həmçinin mayın 8-də “Valensiya” ilə XXXVII tur qarşılaşmasında iştirakı da gözlənilmir.

 

Komanda ÇL-də finala vəsiqə qazanarsa, məşqçilər korpusu Primeronun son turlarında onu riskə atmayacaq və həlledici qarşılaşmaya saxlayacaq.

 

Qeyd edək ki, bu mövsüm “Real”ın heyətində 44 oyun keçirən Kriştianu Ronaldo 47 qola imza atıb, 15 məhsuldar ötürmə verib.

0