“Neftçi”nin ispan futbolçusu “Qəbələ”yə qarşı oynayacaqmı?
28.04.2016 - 16:47
“Neftçi”nin ispan futbolçusu “Qəbələ”yə qarşı oynayacaqmı?

Ölkə kubokunun ilk yarımfinal oyunları çərçivəsində dünən “Qəbələ” ilə qarşılaşmış (1:1) “Neftçi” istirahətə ehtiyac duymayıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu “qırmızı-qaralar”la həftəsonu keçirəcəkləri çempionat görüşünün hazırlığına dərhal start veriblər.

 

“Neftçi”nin heyətində yeganə problem Xuan Alberto Melli ilə bağlıdı. İspaniyalı müdafiəçi zədəli olduğu üçün kubok matçında meydana çıxmamışdı. Tibbi müayinədən keçən futbolçunun zədəsini hələ sağaltmadığı üzə çıxıb.

 

Məşqlərə başlaya bilməyən Mellinin “Qəbələ” ilə çempionat görüşündə də iştirak etməyəcəyi real görünür.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının XXXII turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu mayın 1-də baş tutacaq. 

0