[b]“Qarabağ” seriyasını 5-ə çatdırdı[/b]
28.04.2016 - 17:03
[b]“Qarabağ” seriyasını 5-ə çatdırdı[/b]

“Qarabağ” Azərbaycan kubokunda ardıcıl 5-ci qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2014/15 mövsümünün yarımfinal mərhələsinin “Simurq”la cavab oyununda meydanı qələbəsiz tərk edib.

 

Həmin matçda qapılara qol vurulmayıb. Ötən mövsümün final qarşılaşmasımda “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “Qarabağ” davam etməkdə olan turnirdə bütün görüşlərdə qalib gəlib.

 

1/8 finalda “Şəmkir”ə 2:0, 1/4 finalda “Sumqayıt”a 2:0 və 4:1 hesabları ilə qalib gələn ağdamlılar “İnter”lə ilk yarımfinal oyununda 4:0-a sevinib. 15 qol vurub, 2-ni buraxdığı 5 oyunu qələbə ilə tamamlayan əyalət təmsilçisi “bankirlər”lə ev matçında seriyasını uzatmağa çalışacaq.

 

Azərbaycan kuboku tarixinin ən uzun qələbə seriyası isə “Qarabağ” üçün əlçatmaz görünür. Çünki 1993-95-ci illərdə qələbələri sıralayan “Kəpəz” ardıcıl 13 kubok qarşılaşmasında rəqibini məğlub edib.

 

Qeyd edək ki, “İnter”lə oyunda hesabı açan Migel Madera “Qarabağ”ın kubokda 75-ci səfər qolunun müəllifi olub. Öz meydanında 24 qələbə, 9 heç-heçə və 7 məğlubiyyəti olan bakılılar isə 40-cı ev oyununu keçirib.

 

 

 

0