“Mançester Yunayted” onun üçün sərvət ödəməyə razıdı
28.04.2016 - 21:51
“Mançester Yunayted” onun üçün sərvət ödəməyə razıdı

“Mançester Yunayted” yay transfer pəncərəsi zamanı səs-küylü keçid reallaşdırmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” gözünü “Borussiya”nın hücumçusu Pyer-Emerik Obameyanqa dikib.

 

Bu barədə “goal.com” saytı xəbər yayıb. Bildirilib ki, “manukunkianlılar” almanları razı salmaq üçün hətta 70 milyon funt-sterlinq ödəməyə hazırdı.

 

Qeyd edək ki, qabonlu futbolçu özü də İngiltərə Premyer Liqasında çıxış etməyin əleyhinə deyil.

0