[b]"Əgər qələbə qazana bilməsək..." - Dodo[/b]
29.04.2016 - 09:44
[b]"Əgər qələbə qazana bilməsək..." - Dodo[/b]

“Neftçi” ilə qarşılaşnın ağır keçəcəyini düşünürəm. Lakin bizi bu matçda 3 xal qane edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Dodo deyib.

 

Braziliyalı yarımmüdafiəçi vətənində verdiyi açıqlamada “Neftçi” ilə mayın 1-də keçiriləcək çempionat oyunu və mövsümün finişi haqda fikirlərini açıqlayıb: “Bu üzdən yaxşı nəticə qazanmağa çalışacağıq. Uğurlu seriyaya imza atıb, Avropa Liqasına vəsiqəni təmin etmək istəyirik. Əgər qələbə qazana bilməsək, istəyimizə çatmaq uğrunda mübarizədə işimizi çətinə salacağıq. Bu da bizim üçün mövsümün uğursuz sonluğu olacaq”.

 

“Qəbələ” ilə anlaşması mövsümün sonunda başa çatan yarımmüdafiəçi bildirib ki, gələcək karyerasına hələ aydınlıq gətirməyib: “Müqaviləm mövsümün sonunda başa çatacaq. Gələcək karyeramla bağlı qərar verməmişik. Hər şeyi uğurla başa vurandan sonra bu məsələyə də aydınlıq gətirəcəyik. Müqavilə məsələsinə mövsümün son qarşılaşmasından sonra tam aydınlıq gəlməsini istəyirəm”.

 

Qeyd edək ki, Dodo “Qəbələ”nin tarizində ən çox oyun keçirən futbolçudu.

0