[b]Məsut Özil “Arsenal”dan ayrılır?![/b]
29.04.2016 - 10:14
[b]Məsut Özil “Arsenal”dan ayrılır?![/b]

“Arsenal”ın futbolçusu Məsut Özil mövsümün sonunda klubunu dəyişə biləcəyini istisna etməyib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu “topçular”la yeni müqavilə imzalamağa tələsmir.

 

Bununla bağlı açıqlama verən Türkiyə əsilli yarımmüdafiəçi karyerasını başqa ölkədə davam etdirmək ehtimalının olduğunu da vurğulayıb: “Yeni müqavilə üçün tələsməyə ehtiyac yoxdu. Görək, yay fasiləsində nələr olacaq. Almaniyaya qayıdacağam və ya Türkiyədə vaxt keçirəcəyəm demirəm. Amma bu ölkələrdən gələn təklifləri də görməzlikdən gəlmirəm. Bəlkə karyeramı elə İngiltərədə bitirdim”.

 

Cari mövsümdə Premyer Liqada 18 məhsuldar ötürmə verməklə diqqət çəkən Özilin bu açıqlaması onun xidmətində maraqlı olan “Fənərbaxça”nı xeyli ümidləndirib. İstanbul nəhəngi ona rəsmi təklif göndərməyə hazırlaşır.

 

Qeyd edək ki, Məsut Özilin “Arsenal”la müqavilə müddəti 2018-ci ilin yayına qədərdi.

0