[b]Azərbaycan çempionu üçün potensial rəqib[/b]
29.04.2016 - 10:43
[b]Azərbaycan çempionu üçün potensial rəqib[/b]

Çempionlar Liqasının yeni mövsümünün daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kipri qitənin ən nüfuzlu klub turnirində APOEL təmsil edəcək.

 

Nikosiya təmsilçisi buna ölkə çempionu titulunu qazanmaqla nail olub. APOEL ən yaxın izləyicisi AEK-lə XXXIV turun qarşılaşmasında 2:0 hesabı ilə qalib gəlib. Bununla, sona 2 tur qalmış rəqibindən uzaqlaşan nikosiyalılar qızıl medalları təmin edib.

 

Bu, APOEL-in 25-ci çempionluğudu. Kiprin ən yaxşısı Çempionlar Liqasına Azərbaycan təmsilçisi kimi II təsnifat mərhələsindən başlayacaq. 

0