[b]“Kordoba”da Eddi İsrafilova güvənmirlər[/b]
29.04.2016 - 11:37
[b]“Kordoba”da Eddi İsrafilova güvənmirlər[/b]

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov zədəsini sağaldıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “Kordoba”nın futbolçusu artıq kollektivlə birlikdə məşqlərə qoşulub.

 

Bir həftə əvvəl məşq zamanı ayağından xəsarət alan 24 yaşlı futbolçu məhz bu üzdən Sequndanın XXXV turu çərçivəsində “Tenerife” ilə (0:0) matçı buraxmalı olmuşdu. Yığmamızın milliləşən üzvü artıq tamam sağalsa da, onun növbəti turda start heyətində meydana çıxması gözlənilmir.

 

Baş məşqçi Xose Luis Oltra “Ovyedo” ilə XXXVI tur oyununda orta sahədə kimə güvənəcəyinə hələ qərar verməyib. Eddi ilə Saşa Markoviç arasında seçim etməli olan çalışdırıcı daha yaxşı formada olan serbiyalıya şans verməyi düşünür. İsrafilovun isə qarşılaşmanın gedişində meydana çıxması istisna deyil.

 

Qeyd edək ki, “Ovyedo” - “Kordoba” oyunu mayın 1-də keçiriləcək. Hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan İsrafilovun komandası Primeroya vəsiqə uğrunda pley-off oyunlarına qatılacaq ilk 6 komandadan get-gedə uzaqlaşır.

0