[b]“Bəraət qazanmağa çalışacağıq” – Zaur Svanadze[/b]
29.04.2016 - 14:10
[b]“Bəraət qazanmağa çalışacağıq” – Zaur Svanadze[/b]

“Sumqayıt”la oyuna hazırlıq prosesi normal keçir. İndi daha çox çempionat oyunlarına köklənmişik”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Gürcüstanlı mütəxəsssis klubun rəsmi saytına açıqlamasında Azərbaycan Kubokunun ilk yarımfinal matçında “Qarabağ”a böyükhesablı (0:4) məğlubiyyəti unutdurmağa çalışacaqlarını söyləyib: “Qarabağ”la keçirdiyimiz ağır kubok oyunundan sonra azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışacağıq. “Sumqayıt” yaxşı komandadı və bizi gərgin matçın gözlədiyini anlayırıq”.

 

Svanadze heyətdəki itkilərə də toxunub: “Sezar Meza Kolli və Kamran Ağayevin “Sumqayıt”la görüşə çıxmaları hələlik sual altındadı. Fuad Bayramov qırmızı vərəqə aldığından meydana çıxa bilməyəcək. Nizami Hacıyev, İlkin Qırtımov və Elnur Abdullayev zədəlidirlər”.

0