[b]“Milan” yeni baş məşqçi tapdı[/b]
29.04.2016 - 15:11
[b]“Milan” yeni baş məşqçi tapdı[/b]

Mövsümün sonunda “Mançester Siti”ni tərk edəcək Manuel Pelleqriniyə daha bir komanda “elçi düşüb”. Apasport.az saytı xəbər verir ki,  “Milan” da çilili mütəxəssislə danışıqlara start verib.

 

Hazırkı çalışdırıcı Kristian Brokkinin işindən narazı qalan “rossonyerlər” yayda baş məşqçi dəyişikliyi etmək niyyətindədilər. Namizədlər sırasında Pelleqrini ilk pillədə qərarlaşıb. Lakin bunun üçün İtaliya klubu rəqabətdən qalib ayrılmalıdı. Belə ki, yayda postunu Xosep Qvardiolaya təhvil verəcək təcrübəli çalışdırıcı ilə PSJ və “Zenit” də yaxından maraqlanır.

 

Qeyd edək ki, karyerası ərzində Avropada “Vilyareal”, “Real” və “Malaqa” klublarını da çalışdırmış Pelleqrini 2013-cü ildən “Mançester Siti”tə rəhbərlik edir.

 

 

0