[b]“Karyeramın ən zəif mövsümünü keçirirəm” – Əliyar Ağayev[/b]
29.04.2016 - 18:08
[b]“Karyeramın ən zəif mövsümünü keçirirəm” – Əliyar Ağayev[/b]

“Danışmaq çətindi. Heç kim səhv etmək istəməz. Amma belə hallar olur”. Apasport.az saytının məlumatına görə, bunu mübahisəli “Neftçi” – “Qəbələ” (1:1) matçının baş hakimi Əliyar Ağayev deyib.

 

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan görüşdə qonaqların haqlı penaltisini təyin etməyən və buna görə tənqid atəşinə tutulan FİFA dərəcəli referi bu gün baş tutan mətbuat konfransında səhvini boynuna alıb.

 

O, uğursuz mövsüm keçirdiyini söyləyib: “Bayaq da qeyd etdiyim kimi, möqeyim ideal idi. Qərar verəndə tərəddüd emədim. Haqlı olduğumu düşünürdüm. Ancaq oyundan sonra hakim-inspektor Xaqani Məmmədov səhv etdiyimi dedi. Sonra epizodu gördüm, səhvimi başa düşdüm. Üzr istəmək zəiflik əlaməti deyil. Amma bilirəm ki, üzr istəməyim heç nəyi dəyişməyəcək. Karyeramın ən zəif mövsümünü keçirirəm. Niyə belə olduğunu özüm də bilmirəm, araşdırıram. Nə cəza veriləcəksə razıyam. Cəzanı Hakimlər Komitəsi verəcək. Tənqid olmalıdı. Amma bəzən təhqirə keçirlər. Bunu hər kəsin vicdanına buraxıram. Səhvsiz hakim yoxdu. Çalışıram ki, səhvlər olmasın. Qərəz axtarmağın yeri yoxdu. Onda mən də durum hər hansı bir jurnalistdə qərəz axtarım. Bir olmalıyıq”.

0