[b]Əliyar Ağayev cəzalandı[/b]
30.04.2016 - 10:23
[b]Əliyar Ağayev cəzalandı[/b]

Topaz Premyer Liqasında XXXII turun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turunun mərkəzi matçı – “Zirə” – “Qarabağ” dueli FİFA referisi Orxan Məmmədova həvalə edilib.

 

“Qəbələ” – “Neftçi” qarşılaşmasında ədaləti Rauf Cabbarov qoruyacaq. Bu komandalar arasında Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə kobud səhvləri ilə yadda qalan Əliyar Ağayev isə heç bir görüşə təyinat almayıb. Hakimlər Komitəsi tərəfindən cəzalanan FİFA dərəcəli referinin cəzasının bir neçə tur davam edəcəyi gözlənilir.



30 aprel (şənbə)

15:00. “Kəpəz” – “Rəvan”
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov
Gəncə şəhər stadionu

17:30. AZAL – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AZAL Arena

1 may (bazar)
16:30. “Qəbələ” – “Neftçi”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu

19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov
Zirə İdman Kompleksinin stadionu

16:00. “İnter” – “Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov
“İnter Arena”

0