Qadın velosipedçimizin Çexiya uğuru
30.04.2016 - 14:35
Qadın velosipedçimizin Çexiya uğuru

Azərbaycanın şosse velosipedi üzrə yığma komandası və Sloveniyanın "BTC City Ljubljana" klubunun üzvü Yelena Pavluxina Çexiyada keçirilən "Gracia Orlova" turunda uğurla çıxış edir. Yarışın 100 km-dən ibarət 2-ci günündə 2 saat, 50 dəqiqə, 35 saniyə nəticə göstərən velosipedçimiz "solo-finiş"lə mərhələ qalibi olub və ən yaxın izləyicisini 2 dəqiqə, 11 saniyə qabaqlayıb.

 

Bu nəticə Yelena Pavluxinaya 2 mərhələdən sonra ümumi təsnifatda lider köynəyini ələ keçirməyə imkan verib. Hazırda o, ən yaxın izləyicisi, Almaniyanın "Canyon SRAM Racing" klubunun belaruslu üzvü, Bakı-2015 ilk Avropa Oyunlarının qalibi Alyona Amalisyuku 2 dəqiqə, 9 saniyə qabaqlayır.

 

Bu gün iştirakçılar əvvəlcə 13,5 km məsafəyə fərdi ötüşmədə, ardınca isə 63,5 km məsafəyə qrup ötüşməsində mübarizə aparacaqlar. Yarışa sabah yekun vurulacaq.

0