[b]Azərbaycan çempionu bəlli oldu! - YENİLƏNİB[/b]
01.05.2016 - 20:51
[b]Azərbaycan çempionu bəlli oldu! - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XXXII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son üç oyunu bir gündə baş tutub.

 

İlk olaraq meydana bürünc medallara iddiasını davam etdirən “İnter” çıxıb. “Bankirlər” “Sumqayıt”ı qəbul ediblər. Azarkeşlərin 4 qola şahidlik etdiyi matçda qalib müəyyənləşməyib. Hərəyə 2 dəfə fərqlənən komandalar yekunda 1 xala qane olublar. Bu nəticədən sonra hər iki kollektivin turnir cədvəlindəki mövqelərində dəyişiklik olmayıb.

 

“Bürünc”ün daha bir iddiaçısı “Qəbələ” də ev matçına çıxıb. Roman Qriqorçukun yetirmələri "Neftçi"ni qəbul edib. Qəbələlilər də 2 qol vursalar da, yekunda qələbəyə həsrət qalıblar. Belə ki, qonaqlar da bir o qədər fərqlənərək səfərdən 1 xalla qayıda biliblər.

 

Günün və turun son oyununda isə Azərbaycan çempionunun adına aydınlıq gəlib. Belə ki, Zirədə keçirilən matçda “Qarabağ” meydan sahiblərinə qalib gələrək ardıcıl üçüncü, ümumilikdə isə 4-cü çempionluğunu rəsmiləşdirib. Rəqibi ilə xal fərqini 15-ə çatdıran ağdamlılar sona 4 tur qalmış izləyicisi üçün əlçatmaz olub.

 

Topaz Premyer Liqası

XXXII tur

1 may (bazar)

 

“Zirə” – “Qarabağ” - 0:2

Qollar: Dani, 28, Reynaldo, 74

 

Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Mövsümün əvvəlki oyunları: 1:4, 0:0, 0:2

 

“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 5. Adil Nağıyev, 14. Tellur Mütəllimov, 13. Aleksandr Şemonayev (k), 6. Vüqar Mustafayev, 11. Viktor İqbekoyi, 10. İqor İvanoviç, 60. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 9. Nelson Bonilla
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Rəşad Abdullayev, 28. Təmkin Xəlilzadə, 17. Nicat Qurbanov, 39. Sadiq Quliyev, 32. Luiz Alberto Diez, 38. İlkin Muradov 
Baş məşqçi: Adil Şükürov

 

Qarabağ”: 13. İbrahim Şehiç  2. Qara Qarayev  10. Dani  25. Ansi Aqolli  14. Rəşad Sadıqov (k)  18. İlqar Qurbanov  20. Riçard Almeyda  22. Əfran İsmayılov  55. Bədavi Hüseynov  90. Samuel Armenteros   91. Coşqun Diniyev
Ehtiyat oyunçular:  63. Şahruddin Məhəmmədəliyev 5. Maksim Medvedev 9. Reynaldo Silva 8. Migel Madera  32. Elvin Yunuszadə 77. Cavid Tağıyev  97. Mahir Mədətov

Baş məşqçi: Qurban Qurbanov

 

 

“İnter” – “Sumqayıt” - 2:2

Qollar: Mirsahib Abbasov, 11, Nika Kvekveskiri, 90+3 - Vaqif Cavadov, 6, Amil Yunanov, 19

Qırmızı vərəqələr: Kamran Ağayev, 27 ("İnter") - Cəmil Hacıyev, 90+3 ("Sumqayıt")

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov
“İnter Arena”

Mövsümün əvvəlki oyunları: 1:1, 2:3, 1:0

 

“İnter”: 1. Kamran Ağayev, 3. Denis Silva, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 12. Ruslan Əmircanov, 7. Nika Kvekveskiri, 19. Mirhüseyn Seyidov, 23. Sezar Meza Kolli, 11. Rauf Əliyev, 77. Mirsahib Abbasov

Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 2. Sertan Taşkın, 9. Qara Qarayev, 17. Vüqar Nadirov, 20. Yuri Fomenko, 6. Laşa Salukvadze, 33. Aqşin

Baş məşqçi: Zaur Svanadze

 

“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə, 27. İsmayıl Babayev, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 9. Əli Əlimərdanlı, 23. İlqar Hüseynov, 25. Ayaz Mehdiyev, 18. Aleksandr Çertoqanov, 95. Samir İbrahimov

Baş məşqçi: Samir Abasov

 

“Qəbələ” – “Neftçi” - 2:2

Qollar: Aleksey Qay, 21 (pen.), Rəşad Sadiqov, 51 - Ruslan Qurbanov, 34, Elşən Abdullayev, 64

 

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu

Mövsümün əvvəlki oyunları: 1:0, 0:1, 2:1

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Pavel Paşayev, 6. Rəşad Sadiqov (k), 8. Məhəmməd Mirzəbəyov, 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 25. Qismət Alıyev, 32. Rəşad Eyubov, 44. Rafael Santos, 69. Aleksey Antonov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 7. Ermin Zets, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 34. Urfan Abbasov, 66. Samir Zərgərov
Baş məşqçi: Roman Qriqorçuk

 

“Neftçi”: 1. Aqil Məmmədov (k), 3. Jairo Filyo Rodriges, 6. Aylton Silva, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 26. Kamal Qurbanov, 20. Salas Quinta Antonio, 14. Məhəmməd Qurbanov, 18. Elşən Rzazadə
Baş məşqçi: Vəli Qasımov

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

32

23

6

3

59-19

75

2

Zirə

32

17

9

6

39-24

60

3

Kəpəz

32

14

10

8

42-35

52

4

İnter

32

13

11

8

30-23 

50

5

Qəbələ

32

13

11

8

38-26 

50

6

AZAL

32

13

6

13

24-29

45

7

Neftçi

32

10

10

12

31-35

40

8

Sumqayıt

32

6

12

14

34-45

30

9

Xəzər L

32

3

5

24

12-42

14

10

Rəvan

32

4

8

20

22-53

14

 

* “Rəvan”ın hesabından 6 xal silinib

 

Bombardir: Nelson Bonilla (“Zirə”) - 14

0