[b]“Qarabağ”la oynamaqdan şərəf duyarıq” – Şenol Günəş[/b]
01.05.2016 - 14:22
[b]“Qarabağ”la oynamaqdan şərəf duyarıq” – Şenol Günəş[/b]

Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Günəş "Qarabağ" barədə danışıb. Apasport.az saytının məlumatına görə, o, ötən gün Super Liqanın növbəti turu çərçivəsində "Kayserispor"a qarşı keçirdikləri oyundan (4:0) sonra azərbaycanlı jurnalistin "Qarabağ"la bağlı sualına cavab verib.

 

Həmkarımız türkiyəli təcrübəli mütəxəssisdən "Qarabağ"la yoldaşlıq görüşü keçirməyi düşünüb-düşünmədiklərini soruşub. Günəşin cavabı belə olub: "Bundan şərəf duyarıq. Azərbaycanla eyni duyğuları bölüşürük və eyni millətik. "Qarabağ" komandasını da tanıyıram. İnşallah, bir gün orada və ya burada matç keçirərik".

0