[b]Kosta, Qomes və Terri Bakıya gəlir[/b]
02.05.2016 - 09:49
[b]Kosta, Qomes və Terri Bakıya gəlir[/b]

Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının Azərbaycanda keçiriləcək Avropa çempionatına hansı heyətlə qatılacağı bəlli olub. Apasport.az saytının məlumatına görə, millimizlə birlikdə A qrupunda mübarizə aparacaq pireneylilər yekun heyətlərini açıqlayıblar.

 

Baş məşqçi Elio Souza heyətə bu futbolçuların adlarını daxil edib:

 

Qapıçılar: Dieqo Kosta (“Porto”), Con Virciniya (“Arsenal”, İngiltərə)

 

Müdafiəçilər: Dioqo Dalot, Dioqo Leyte, Dioqo Queyroş (hamısı “Porto”), Luis Silva (“Stok Siti”, İngiltərə), Ruben Vinaqre (“Monako”, Fransa), Terri Korrea (“Sportinq”)

 

Yarımmüdafiəçilər: Lameyra (“Porto”), Dominquş Kvina (“Vest Hem”, İngiltərə), Florentino, Gedson Fernandes (hər ikisi “Benfika”), Migel Luis (“Sportinq”)

 

Hücumçular: Xose Qomes, Con Filip, Misax Dyu (hamısı “Benfika”), Mikael Almeyda (“Lion”, Fransa), Rafael Leon (“Sportinq”)

 

0