[b]“İlk məqsəd Azərbaycana qalib gəlməkdi” – Elio Souza[/b]
02.05.2016 - 10:56
[b]“İlk məqsəd Azərbaycana qalib gəlməkdi” – Elio Souza[/b]

“Portuqaliya yığması hər dəfə Avropa çempionatına birinci olmaq üçün qatılıb. Bu dəfə də elə olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Elio Souza deyib.

 

Mayın 5-dən 21-dək Azərbaycanda keçiriləcək Avropa çempionatında Pireney təmsilçisi yığmamızla eyni qrupda mübarizə aparacaq.

 

Bakıya sabah gələcək portuqalların çalışdırıcısı səfərdən əvvəl ölkəsinin mətbuatına müsahibə verib.

 

Güclü heyətlərinin olduğunu deyən Souza Bakıdakı yarışın yetirmələrinə yaxşı imkan yaradacağını bildirib: “Bizim öz oyun tərzimiz var və çalışırıq ki, onu daha da inkişaf etdirək. Portuqaliyalı futbolçular istənilən oyun tərzinə asanlıqla uyğunlaşırlar. Azərbaycan səfərindən öncə hazırlığımızla bağlı özümüzə hesabat veririk. Bu, bizə yarışöncəsi yaxşı təcrübə qazandıracaq. Potensiallı oyunçularımız var. Avropa çempionatı bütün dünyada yayımlanacaq. Odu ki, komandamızın üzvləri Azərbaycanda özlərini yaxşı tərəfdən göstərməklə, böyük futbolda ilk addımlarını ata bilərlər”.

 

Təcrübəli mütəxəssis indiki məqamda Azərbaycanla oyun barədə düşündüklərini deyib. Onun sözlərinə görə, Portuqaliya yığmasının AÇ-də minimum məqsədi finala yüksəlmək olacaq: “Biz Avropanın ən güclüləri sırasında yer alırıq. Odu ki, qrupdakı hər oyunda üstün cəhətlərimizi nümayiş etdirməliyik. İstəyirik ki, hər dəfə əvvəlki matçla müqayisədə daha keyfiyyətli futbol sərgiləyək. Düzdü, bu, böyük fiziki hazırlıq tələb edir. Ancaq biz fiziki cəhətdən də hazır olduğumuzu isbatlamışıq. Hər oyuna qələbə üçün çıxacağıq. Hərçənd ki, rəqiblərimizin bunu əngəlləməyə çalışacağını da bilirik. Lakin hər görüşü qalibiyyətlə başa vurmaq gücündə olduğumuza əminik. İlk növbədə qrupdan çıxmalıyıq ki, filmin ardını gətirək. İlk məqsəd Azərbaycana qalib gəlməkdi. Çünki turnirə necə başlamağın böyük önəm kəsb edir. Daha sonra isə Şotlandiyanı məğlub etmək barədə düşünəcəyik. Finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.

 

 

0