[b]Son 10 ildə 3-cü dəfə[/b]
02.05.2016 - 11:31
[b]Son 10 ildə 3-cü dəfə[/b]

Topaz Premyer Liqasının XXXII turu bir komandanın eyni matçda iki penaltini qaçırması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “İnter”lə matçın antiqəhrəmanı kimi “Sumqayıt” futbolçuları tarixə düşüb.

 

Ağabala Ramazanov və Vaqif Cavadov 11 metrlik nöqtədən qapını dəqiq nişan ala bilməyiblər. Georgi Lomayanı məyus etməyi bacarmayan cütlük son 10 ildə 3-cü belə hadisənin yaşanmasına səbəb olublar.

 

Belə ki, son 10 ildə bunadək iki belə hadisə yaşanmışdı. Sonuncu belə hadisə 2014-cü il fevralın 23-də qeydə alınıb. Həmin vaxt Qəbələdə eyniadlı komandanın futbolçuları Lorenzo Ebesilio və Leonardo da Silvanın zərbələrini “Rəvan”ın qapıçısı Lukaş Sapela dəf etmişdi.

 

2006/07-ci il mövsümünün V turunda Qəbələdə keçirilmiş “Gilan” – “Karvan” (1:4) oyununda da ev sahibləri 2 dəfə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyiblər. Həmin vaxt Samir Zərgərovla İbrahim Hüseynov “Karvan”ın qapıçısı Elxan Həsənovu məyus etməyi bacarmayıblar.

0