[b]“Neftçi” AZAL-la matça iki itki ilə çıxacaq[/b]
02.05.2016 - 12:35
[b]“Neftçi” AZAL-la matça iki itki ilə çıxacaq[/b]

Topaz Premyer Liqasının XXXII turu 6 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, iki oyunçu qırmızı, 4-ü isə sarı vərəqə limiti üzündən qarşıdakı turu buraxacaq.

 

“Neftçi” 6-cı yer uğrunda mübarizədəki əsas rəqibi AZAL-la qarşılaşmada iki futbolçusundan yararlana bilməyəcək. Ruslan Qurbanov mövsümdə 12-ci, Rahil Məmmədov isə 4-cü dəfə xəbərdarlıq aldığı üçün paytaxt derbisini buraxacaq. Onların hər ikisi “Qəbələ” ilə səfər matçında limiti doldurub.

 

Həmin görüşdə meydan sahibləri də Məhəmməd Mirzəbəyovu itirib. 4-cü dəfə sarı vərəqə alan milliləşən legioner “Zirə” ilə səfər matçında “istirahət” edəcək. Debütant isə Adil Nağıyevin xidmətindən yararlana bilməyəcək. O, “Qarabağ”la matçda mövsümdə 8-ci sarı vərəqə alıb.

 

“İnter” - “Sumqayıt” görüşündə qırmızı vərəqə alan Kamran Ağayev meydan sahiblərinin “Rəvan”la səfər matçını buraxacaq. Cəmil Hacıyev isə “Qarabağ”la görüşdə sumqayıtlılara kömək edə bilməyəcək.

0