[b]Paşayevlə Axundovun rekordu, Ramazanovun antirekordu[/b]
02.05.2016 - 13:48
[b]Paşayevlə Axundovun rekordu, Ramazanovun antirekordu[/b]

Topaz Premyer Liqasında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, hakimlər XXXII turda 6 penalti təyin edib.

 

Bu, mövsümün yeni rekordudu. Bunadək referilər eyni turda ən çox - 5 dəfə belə qərar vermişdi. Həmin hadisə 5-ci tura təsadüf etmişdi.

 

27 turdan sonra rekordu yeniləyən hakimlərimizin bu dəfəki 6 qərarından yarısı qolla nəticələnsə də, “İnter” – “Sumqayıt” matçında 1 dəfə meydan sahibləri, 2 dəfə qonaqlar “hədəfə düşməyib”.

 

“Qəbələ” – “Neftçi” qarşılaşmasında meydan sahibləri, “Kəpəz” – “Rəvan” oyununda isə hər iki komanda 11 metrlik nöqtədən dəqiq olub.

 

Bu 6 zərbə ilə cari mövsümdəki ümumi penalti sayı 42-yə çatıb. Bunların 33-ü dəqiq, 9-u qeyri-dəqiq olub. Penalti ifaçılarının dəqiqlik faizi 79,6-dı

 

Penaltilər turlar üzrə

 

tur

penalti

qeyri-dəqiq

1

1

0

2

1

0

3

1

0

4

0

0

5

5

1

6

2

0

7

1

1

8

1

0

9

2

0

10

1

0

11

1

0

12

0

0

13

0

0

14

2

2

15

1

0

16

0

0

17

1

0

18

2

1

19

0

0

20

1

0

21

1

0

22

0

0

23

0

0

24

1

0

25

0

0

26

3

0

27

4

0

28

1

0

29

1

0

30

2

1

31

0

0

32

6

3

cəmi

42

9

 

 

Bu turda iki penalti qaçıran “Sumqayıt” və bir səhvə yol verən “İnter” cari mövsümdə bu sahədəki bacarıqsızlığı ilə diqqət çəkir. Bakılılar qazandığı hər iki imkanı boşa veribsə, sumqayıtlılar 3 dəfə penaltini qaçırıb. Lakin onların 1 dəqiq zərbəsi də var.

 

Ən çox belə imkan əldə edən “Qarabağ”dı – 8 dəfə. “Kəpəz”, “Zirə”, “Rəvan” və “Xəzər Lənkəran” isə ağ nöqtədən yanılmayıb. Gəncəlilərin dəqiq zərbələri daha çoxdu – 5 dəfə.

 

Penalti vuran komandalar: “Qarabağ” – 8 (1 qeyri-dəqiq), “Kəpəz” - 5, “Neftçi” – 5 (1), “Qəbələ” – 5 (1), AZAL – 5 (1), “Sumqayıt” – 4 (3), “Rəvan” - 3, “Zirə” - 3, “Xəzər Lənkəran” – 2, “İnter” – 2 (2).

 

“İnter” qapısına təyin olunan penaltilərin yarısında qola imkan verməməklə də rekordçudu. “Bankirlər” 6 zərbədən 3-nü buraxıb. Bu göstəricidə 2-ci olan “Sumqayıt” isə ən çox cəzalanan komandadı.

 

5-ci dəfə qapısına 11 metrlik cərimə zərbə təyin edilən “Neftçi” isə bütün belə zərbələri buraxanlar arasında liderdi. “Rəvan”, “Qəbələ” və “Zirə” də belə zərbələrin qarşısında aciz qalır.

 

Penalti ilə cəzalanan komandalar: “Sumqayıt” – 9 (2), “İnter” – 6 (3), “Kəpəz” – 6 (1), “Neftçi” – 5, “Xəzər Lənkəran” - 4 (1), AZAL - – 3 (1), “Rəvan” – 4, “Zirə” – 2, “Qəbələ” – 2, “Qarabağ” – 1 (1).

 

“İnter” – “Sumqayıt” oyunu mövsümdə 3 penaltinin təyin edildiyi ilk matç kimi tarixə düşüb. Bu matçda hər 3 imkan qaçırılıb.

 

“Kəpəz” - “Rəvan” görüşü isə 2 qolun 11 metrlik nöqtədən vurulduğu 4-cü matçdı. V turun “Kəpəz” – “Qarabağ”, IX turun AZAL – “Neftçi” və XXVI turun “Neftçi” “Kəpəz” matçlarında da belə hal müşahidə olunmuşdu. Son oyunda hər komanda 1 şansdan yararlanmışdısa, digər iki cütdə “Qarabağ”la AZAL hər iki imkanı qola çevirmişdi.

 

“İnter Arena”da 3 dəfə ağ nöqtəni göstərən Ömər Paşayev bu göstəricidə mövsümün rekordçusu olub. O, artıq 7 dəfə belə qərar verib. Cari mövsüm meydana çıxan 10 hakimin hər biri penalti təyin edib.

 

Penaltilər hakimlər üzrə

hakimlər

penalti

qeyri-dəqiq

Ömər Paşayev

7

3

Əliyar Ağayev

5

2

Rauf Cabbarov

5

0

Fariz Yusifov

5

1

Elvin Əsgərov

5

1

İnqilab Məmmədov

4

0

Ramil Diniyev

3

0

Rəhim Həsənov

3

2

Rəvan Həmzəzadə

3

0

Orxan Məmmədov

2

0

 

“Kəpəz”in heyətində növbəti dəfə penaltidən fərqlənən Tural Axundov mövsümün rekorduna şərik çıxıb. O, 5-ci dəfə bu yolla qol vurub, Riçard Almeydaya (“Qarabağ”) çatıb. Aleksey Qay 4-cü penalti qolu ilə Ruslan Qurbanovun (“Neftçi”) göstəricisini təkrarlayıb. AZAL-ın legioneri Aleksandr Quruli isə 3 dəfə yaxınlaşdığı nöqtədən 2 dəfə sevinclə ayrılıb.

 

Ağabala Ramazanov isə mövsümün antirekorduna imza atıb. “Sumqayıt”ın qol ümidi cari çempionatda 2-ci dəfə penaltini qaçırıb.

 

XIV turun AZAL-la görüşündə imkanı əldən verən hücumçu “İnter”lə dünənki qarşılaşmada uğursuzluğunu təkrarlayıb və mövsümün yeganə oyunçusu olub.

 

0