[b]Messi qapıdan böyük qapıçıya qol vurdu - VİDEO[/b]
02.05.2016 - 14:05
[b]Messi qapıdan böyük qapıçıya qol vurdu - VİDEO[/b]

Bakı – APA. Argentina millisinin və “Barselona”nın futbolçusu Lionel Messi Yaponiyada qeyri-adi teleşounun iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, proqram çərçivəsində hücumçunun qarşısına nəhəng robotun qoruduğu qapıya qol vurmaq tapşırığı qoyulub.

 

İri əllərə malik “qapıçı” demək olar gövdəsi ilə bütün qapını bağlayıb. Argentinalı futbolçu tapşırığın öhdəsindən gələrək, 3 cəhdin üçündən də yararlanıb.

 

Qeyd edək ki, 28 yaşlı Messi cari mövsümdə “Barselona”da keçirdiyi 30 oyunda 25 qol vurub.   

0