[b]Rövnəq Abdullayev cüdoçularla görüşüb - FOTO[/b]
02.05.2016 - 22:04
[b]Rövnəq Abdullayev cüdoçularla görüşüb - FOTO[/b]

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev aprelin 21-24-də Rusiyanın Kazan şəhərində təşkil olunan Avropa çempionatında uğur qazanan idmançılarla görüşüb. Federasiyadan apasport.az saytına verilən xəbərə görə, Abdullayev çıxışında millinin Kazandakı nailiyyətini yüksək qiymətləndirib.

 

Federasiya prezidenti qitə çempionatında idmançılarımızın 1 qızıl, 1 gümüş medal qazanmalarını, eləcə də komanda yarışlarında tarixdə ilk dəfə olaraq, bürünc medala sahib olmalarını böyük uğur kimi dəyərləndirib və cüdoçuları əldə etdikləri möhtəşəm qələbə münasibətilə təbrik edib.

 

Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov da çıxışında cüdoçuların Avropa çempionatındakı nailiyyətlərinin çox önəmli olduğunu dilə gətirib. Qeyd edib ki, bu ilin Olimpiya ili olduğunu nəzərə alaraq daha çox çalışmalıyıq və hədəfimiz Riodan Vətənə medallarla dönmək olmalıdır. Cüdoçuları qazandıqları qələbə münasibətilə təbrik edən natiq onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.

 

Milli komandanın baş məşqçisi Peter Zayzenbaher cüdoçular adından onlara yüksək səviyyədə yaradılan şəraitə görə federasiya rəhbərliyinə təşəkkürünü çatdırıb və bundan sonra da əzmlə çalışacaqlarını söyləyib.

 

Sonda federasiya rəhbərliyi tərəfindən Kazanda uğurlu çıxışları ilə hər kəsi sevindirən milli komanda üzvlərinə xatirə hədiyyələri təqdim olunub.

 

0