[b]“Neftçi”də əcnəbi problemi[/b]
03.05.2016 - 11:14
[b]“Neftçi”də əcnəbi problemi[/b]

“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Qəbələ” ilə cavab oyununa hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının son turunda bu komanda ilə səfərdə üz-üzə gələn paytaxt təmsilçisi həmin vaxtdan məşqlərini elə Qəbələdə keçir.

 

Gündə bir dəfə məşq keçən baş məşqçi Vəli Qasımovu iki əcnəbinin durumu narahat edir. Belə ki, müdafiəçi Xuan Alberto Melli və hücumçu Nikolas Kanales hazırda zədədən əziyyət çəkir. Kubok da daxil olmaqla son 4 matçda iştirak etməyən Mellinin bu qarşılaşmada da meydana çıxması gözlənilmir.

 

Həmçinin XXXI turda “Zirə” ilə görüşdə ayağında ağrılar hiss edən və “Qəbələ”yə qarşı son iki matçda oynamayan Kanales çox güman ki, yenə məşqçilər korpusunun ixtiyarında olmayacaq.

 

Qeyd edək ki, sabah keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:00-da başlayacaq. Tərəflər arasındakı ilk görüşdə 1:1 hesabı qeydə alınmışdı.

0