[b]Çempionluq “Lester”ə nə qədər pul qazandırdı?[/b]
03.05.2016 - 11:56
[b]Çempionluq “Lester”ə nə qədər pul qazandırdı?[/b]

İngiltərə Premyer Liqasında sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirən “Lester”in nə qədər gəlir əldə edəcəyi müəyyənləşib. Apasport.az saytı BBC-yə istinadən xəbər verir ki, birincilik “tülkülər”ə 150 milyon funt-sterlinq (təxminən 190 milyon avro) qazandıracaq.

 

“Lester” bu məbləği çempionluğa görə verilən mükafat, bilet satışı və Çempionlar Liqasına vəsiqə qazanmasının hesabına əldə edəcək.

 

Qeyd edək ki, italiyalı məşqçi Klaudio Ranyerinin başçılıq etdiyi “Lester” tarixində ilk dəfə İngiltərə çempionu adını qazanıb.   

0