[b]Bombardirin durumuna aydınlıq gəldi[/b]
03.05.2016 - 12:35
[b]Bombardirin durumuna aydınlıq gəldi[/b]

Topaz Premyer Liqasının XXXII turunda “İnter”lə dramatik matçda heç-heçə edən (2:2) “Sumqayıt”da istirahət başa çatıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, dünən dincələn komanda bu gündən məşqləri bərpa edib.

 

“Bankirlər”lə qarşılaşmanın ikinci hissəsində zədələnərək əvəzlənən “gənclik şəhəri” təmsilçisinin hücumçusu Amil Yunanovun durumuna da artıq aydınlıq gəlib. Ayağında şiş olan 23 yaşlı forvard bu gün tibbi müayinədən keçib və durumunun ciddi olmadığı məlum olub.

 

Həm 9 qolla komandanın bombardiri olan Yunanov, həm də zədə ucbatından ötən turdakı matçı buraxan müdafiəçi Rasim Ramaldanov hələlik məşqlərdə iştirak etmirlər. Buna baxmayaraq, həkimlər hər iki oyunçunu həftəsonu XXXIII tur çərçivəsində “Qarabağ”la keçiriləcək görüşə yetişdirməyə çalışırlar.

 

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” oyunu mayın 7-də keçiriləcək.

0