[b]Millimizin sabiq futbolçusuna 5, Qurban Qurbanovun oğluna 1 oyunluq cəza[/b]
03.05.2016 - 13:30
[b]Millimizin sabiq futbolçusuna 5, Qurban Qurbanovun oğluna 1 oyunluq cəza[/b]

Aşağı yaş qrupları üzrə liqalarda qeydə alınan hadisələri araşdıran AFFA-nın İntizam Komitəsi müvafiq qərarlarla günahkarları cəzalandırıb. Apasport.az saytının məlumatına görə, U-16 Liqasının “Neftçi” ilə matçının 75-ci dəqiqəsində “Əlincə”nin baş məşqçisi Vasif Haqverdiyev hakimlər briqadasını təhqir edib. AFFA Azərbaycan millisinin sabiq futbolçusunu 5 oyun cəzalandırıb.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da komitənin cəzalandırdığı oyunçular arasındadı. U-14 Liqasında “Kəpəz” – “Neftçi” PFK matçının 18-ci dəqiqəsində  bakılıların hücumçusu ilə rəqib futbolçu Nemət Musayev arasında gərginlik yaşanıb. Aqressiv hərəkətə görə  qırmızı vərəqə alan hər iki futbolçu 1 oyunluq cəzaya məruz qalıb.

0