[b]“Kəpəz”in 3 futbolçusu “Xəzər Lənkəran”la oyunu buraxa bilər[/b]
03.05.2016 - 14:14
[b]“Kəpəz”in 3 futbolçusu “Xəzər Lənkəran”la oyunu buraxa bilər[/b]

Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq “Kəpəz” matçın hazırlığına bu gün start verəcək. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi Lənkərana oyundan 1 gün qabaq yollanacaq.

 

Komandada cəzalı futbolçunun olmaması məşqçilər korpusunu sevindirir. Lakin ötən tur “Rəvan” üzərindəki qələbədən sonra “Kəpəz”in 3 oyunçusu zədələnib. Söhbət Şəhriyar Əliyev, Şəhriyar Rəhimov və Ceyhun Cavadovdan gedir. Adaşlar paytaxt klubuna qarşı 90 dəqiqə oynadıqları halda, Cavadov ikinci hissədə meydana daxil olmuşdu.

 

Hər 3 futbolçu bu günlərdə tibbi müayinədən keçəcək. Məhz bundan sonra onların “Xəzər Lənkəran”la qarşılaşmada iştirak edib-etməyəcəyinə aydınlıq gələcək.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Kəpəz” matçı mayın 7-də keçiriləcək.  

0