[b]AFFA Bad Erlaxı seçdi[/b]
03.05.2016 - 15:09
[b]AFFA Bad Erlaxı seçdi[/b]

Azərbaycan millisinin növbəti təlim-məşq toplanışı zamanı məskunlaşacağı yer dəqiqləşib. Apasport.az saytının məlumatına görə, mayın 23-dən iyunun 4-dək Avstriyada hazırlıq keçəcək yığmamız Bad Erlax qəsəbəsində qalacaq.

 

Dəniz səviyyəsindən 312 metr hündürlükdə olan qəsəbə Aşağı Avstriya federal torpaqlarına daxildi. Viner-Noyştad-Land dairəsində yerləşən Bad Erlaxın 3 minə yaxın əhalisi var.

 

Bu qəsəbə Avstriyanın paytaxtı Vyanadan təxminən 70 km məsafədə yerləşir.

 

Qeyd edək ki, Robert Prosineçkinin yetirmələri Avstriya toplanışında 3 yoxlama oyunu keçirəcək. Komandamız mayın 26-da Andorra, 29-da Makedoniya, iyunun 3-də Kanada ilə görüşəcək.

 

 

 

0