[b]“Zirə” daha bir legionerlə vidalaşır[/b]
03.05.2016 - 16:22
[b]“Zirə” daha bir legionerlə vidalaşır[/b]

Topaz Premyer Liqasının debütantı “Zirə” daha bir legionerlə bağlı qərar qəbul edib. Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubunda braziliyalı Dieqo Souzanın taleyinə aydınlıq gəlib.

 

Ötən yayda “Xəzər Lənkəran”a keçidi baş tutmadığından, sentyabrda “Zirə” ilə müqavilə imzalayan “sambaçı” 2016-cı ildə əsas komandanın formasını geyinməyib. Zədədən döndükdən sonra heç cür əvvəlki formasını bərpa edə bilməyən 28 yaşlı yarımmüdafiəçi gününü əvəzedici heyətdə keçirməklə məşğuldu. Bu isə təbii ki, baş məşqçi Adil Şükürovu razı sala bilməz. Buna görə də, gənc mütəxəssis Souzanın komandada saxlanılmasına ehtiyac duymur.

 

“Zirə” ilə 1+1 illik sazişə qol çəkən Dieqonun müqavilə müddəti bu ayın sonunda bitəcəyindən, klub ona təzminat vermək məcburiyyətində olmayacaq. Müqavilədəki bəndə görə, məşqçilər korpusu ondan razı qalarsa, anlaşma müddəti daha bir il uzadılacaq. Adil Şükürov isə onun bundan sonra əvvəlki kimi çıxış edəcəyinə inanmır.

 

Mövsümün son 4 turunu da əvəzedicilərdə keçirməli olacaq Dieqo Souza yay fasiləsi yaranan kimi, yola salınacaq.

 

Qeyd edək ki, “Zirə”nin nigeriyalı müdafiəçisi Çimezi Mbahın da mövsümün sonunda komandadan gedəcəyi dəqiqdi.

0