“Baxmayaraq ki, mən uduzdum, ancaq bu, möcüzəvi bir haldı” – Joze Mourinyo
03.05.2016 - 19:48
“Baxmayaraq ki, mən uduzdum, ancaq bu, möcüzəvi bir haldı” – Joze Mourinyo

“Çelsi”nin keçmiş baş məşqçisi Joze Mourinyo Premyer Liqa çempionu olan “Lester”i və onun baş məşqçisi Klaudio Ranyerini təbrik edib. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis xüsusilə, italiyalı həmkarı haqqında xoş sözlər səsləndirib.

 

“Lester”ə aidiyyatı olan hər kəsi – futbolçuları, məşqçi heyətini, texniki heyəti, rəhbərliyi təbrik edirəm. Təbii ki, azarkeşləri də unutmaq olmaz” – deyə o, “CAA Sports UK”ya açıqlamasında bildirib.

 

Təcrübəli məşqçi “tülkülər”i çempionluğa daşıyan Ranyeridən də danışıb: “Baxmayarq ki, mən çempionluq titulumu Ranyeriyə uduzdum, ancaq onun karyerasındakı belə bir uğura şahidlik etmək möcüzəvi haldı”.

0