Rus futbolçudan erkən vida
03.05.2016 - 23:47
Rus futbolçudan erkən vida

“Valensiya”nın rus futbolçusu Dmitri Çerışev mövsümü erkən bitirib. Apasport.az saytının məlumatına görə, müqavilə ilə “Real”a məxsus olan yarımmüdafiəçi əzələ problemi ilə üz-üzədir.

 

Martın əvvəlində uzunmüddətli məcburi “istirahət”dən sonra yenicə yaşıl meydanlara dönmüş Çerışev bu dəfə sol baldırındakı əzələ yırtığından əziyyət çəkir.

 

Qeyd edək ki, “Valensiya” ilə 7 oyuna çıxmış rus oyunçu 3 qola imza atıb.

0