[b]Çempionlar Liqası finalında Madrid qarşıdurması[/b]
05.05.2016 - 00:38
[b]Çempionlar Liqası finalında Madrid qarşıdurması[/b]

Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ı “Mançester Siti”ni qəbul edib.

 

İngiltərədə baş tutan ilk oyunda qolsuz bərabərlik qeydə alındığı üçün cavab qarşılaşmasında hər iki komandanın ehtiyatlı oynayacağını proqnozlaşdırmaq olardı. Azarkeşlər 90 dəqiqə ərzində sadəcə bir qola şahidlik etdilər. 20-ci dəqiqədə Qaret Beylin cəhdləri nəticəsində Farnando avtoqola imza atdı. Madridlilər bu üstünlüyü sona qədər əllərindən buraxmadılar və yekunda finala adlayan tərəf oldular.

 

Qeyd edək ki, finalın digər komandası ötən gün "Bavariya"nı yolundan kənarlaşdıran digər Madrid təmsilçisi "Atletiko"dur.

 

 

Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

4 may

 

“Real” (Madrid, İspaniya) – “Mançester Siti” (İngiltərə) - 1:0

Qol: Beyl, 20

İlk oyun – 0:0

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul

Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)

Madrid. “Santyaqo Bernabeu”

 

"Real": Navas, Pepe, Ramos (k), Kroos,  Beyl, Marselo, Karvaxal , Ronaldo, Xese, Modriç, İsko

Ehtiyat oyunçular: Kasilya, Varan, Xames Rodriqes, Kovaçiç, Lukas Vazqez, Mayoral, Danilo

 

"Mançester Siti": Co Hart, Sanya, Kompani (k), Fernando, Aquero, Xesus Navas, De Bruyne,  Klişi, Fernandinyo, Otamendi, Ture

Ehtiyat oyunçular: Kaballero, Sterlinq, Kolarov, Delf, Boni, Mangala, İxeanaço

0