“Futbol necə də ədalətsizdi”
04.05.2016 - 09:33
“Futbol necə də ədalətsizdi”

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) oyununda baş verənlərə Azərbaycanda çıxış edən futbolçular da biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, hakim səhvləri ilə zəngin oyunda qonaqların 1:2 hesabı ilə uduzub, finala yüksəlməsi Bakı “İnter”inin legioneri Sezar Meza Kollini də qəzəbləndirib.

 

Paraqvaylı futbolçu sosial şəbəkədəki səhifəsində narazılığını ifadə edib: “Atletiko”nun finala çıxması futbol adına biabırçılıqdı. Futbol necə də ədalətsizdi”.

 

Qeyd edək ki, öz meydanındakı ilk oyunda 1:0 hesabı ilə qalib gələn madridlilər səfər qolu ilə finala yüksəlib.

0