[b]“Azərbaycan yığması final mərhələsinə hazırdı” - Təbriz Həsənov[/b]
04.05.2016 - 12:00
[b]“Azərbaycan yığması final mərhələsinə  hazırdı” - Təbriz Həsənov[/b]

“Həmkarlarımı salamlayıram. Onların hər birinə uğur arzulayıram”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.

 

Sabah ölkəmizdə start götürəcək U-17-lər arasında Avropa çempionatı öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bildirən Həsənov komandasının turnirə hazır olduğunu söyləyib: “Artıq zədəli futbolçularımız komandaya qoşulublar. Final mərhələsinə tam gücümüzlə hazırıq. Ümid edirəm ki, azarkeşlərimizin dəstəyi çıxışımıza müsbət mənada təsir edəcək. Portuqaliyanın oyunlarını izləmişəm. Sürətli futbolçulara malikdi. Yer aldığımız qrupun favoriti sayılır. Amma biz də meydana uğurlu nəticə üçün çıxacağıq”.

 

Həsənov hədəflərinin qrup səddini aşmaq olduğunu deyib: “Əsasən sabah baş tutacaq matça ciddi hazırlaşmışıq. Digər rəqiblər barədə sonra maraqlanmaq olar”.

 

Qeyd edək ki, Portuqaliya, Belçika və Şotlandiya ilə birlikdə A qrupunda yer alan yığmamız ilk görüşünü sabah turnirin favoritlərindən hesab edilən Portuqaliyaya qarşı keçirəcək.

 

0