[b]“Azərbaycan yığması barədə…” – Belçika yığmasının baş məşqçisi[/b]
04.05.2016 - 12:10
[b]“Azərbaycan yığması barədə…” – Belçika yığmasının baş məşqçisi[/b]

“Azərbaycan yığması ilə 3-cü matçda üz-üzə gələcəyik”. Apasport.az saytı xəbər verir ki, bu sözlər Belçikanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Tyerri Siqeyə məxsusdu.

 

Mayın 5-21-i aralığında Bakıda keçiriləcək Avropa çempionatı üçün komandasını ölkəmizə gətirən Siqe bu gün mətbuat konfransında fikirlərini bildirib.

 

O, öncə ilk oyuna diqqət ayırdıqlarını deyib: “İlk görüşümüz sabah Şotlandiyaya qarşı olacaq. Bütün diqqətimizi həmin matça yönəltmişik. Azərbaycan yığması barədə sabahkı oyunlardan sonra daha ətraflı məlumatım olacaq. İki dəfə final mərhələsinə ilk pillədə yollanmışıq. Amma bu dəfə rəqiblərimiz tam fərqlidi”.

 

Qeyd edək ki, belçikalılar A qrupunda Portuqaliya, Şotlandiya və Azərbaycan yığması ilə mübarizə aparacaqlar. Siqe yetirmələrini ilk olaraq sabah Şotlandiya ilə görüşdə sınayacaq.

 

0