[b]“Bu çempionatda iştirak etmək hamı üçün təzyiqdi” - FOTO[/b]
04.05.2016 - 12:11
[b]“Bu çempionatda iştirak etmək hamı üçün təzyiqdi” - FOTO[/b]

“Azərbaycan yığmasını yaxşı qiymətləndiririk”. Apasport.az saytının məlumatına görə, bunu Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Elio Souza deyib.

 

Bakıda keçiriləcək Avropa çempionatının ilk oyunu çərçivəsində sabah Azərbaycan millisi ilə qarşılaşacaq portuqaliyalılar turnirin favoritləri arasında göstərilir.

 

Elio Souza da bugünkü mətbuat konfransında komandasının şanslarını dəyərləndirib. Souza millimizə qarşı sabah keçirəcəkləri matç barədə iddialı danışıb: “Bu çempionatda iştirak etmək hamı üçün təzyiqdi. Azərbaycan yığması güclü komandadı. Amma məqsədimiz qələbə qazanmaqdı”.

 

Qeyd edək ki, A qrupunda Portuqaliya və Azərbaycanla yanaşı, Belçika ilə Şotlandiya milliləri də yer alırlar.

 

0