[b]“Xəzər Lənkəran” məşqə tam heyətlə çıxmadı[/b]
04.05.2016 - 14:35
[b]“Xəzər Lənkəran” məşqə tam heyətlə çıxmadı[/b]

Ölkə çempionatının XXXIII turunda “Kəpəz”lə qarşılaşacaq “Xəzər Lənkəran” matçın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bu gün səhər məşqini tam heyətlə keçirə bilməyiblər.

 

Belə ki, komandanın müdafiəçisi İlyas Səfərzadə məşqə qatılmayıb. Sağlamlığı ilə bağlı problemlə üzləşən futbolçu yüksək hərarəti olduğu üçün ötən tur meydana çıxmamışdı.

 

İlyasın “Kəpəz”lə qarşılaşmaya kimi sıraya dönəcəyi gözlənilsə də, müdafiəçi hələ də sağalmayıb. Axşam məşqinə də qatılmayacaq Səfərzadənin Gəncə klubu ilə görüşdə iştirak etmək ehtimalı azdı.

 

Qeyd edək ki, mayın 7-də keçiriləcək “Xəzər Lənkəran” – “Kəpəz” matçı saat 16:00-da start götürəcək.  

 

 

0