[b]Ata-bala çempionlar[/b]
04.05.2016 - 15:20
[b]Ata-bala çempionlar[/b]

“Lester”in İngiltərə Premyer Liqasının qalibi olması qapıçı Kasper Şmeyhel üçün xüsusi əhəmiyyət daşıyıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı qolkiper atası Peter Şmeyhel kimi, ölkə çempionluğu tituluna yiyələnməyi bacarıb.

 

Bu, oğul Şmeyhelin ilk çempionluğudursa, Danimarka futbolunun canlı əfsanəsi olan Peter Şmeyhel karyerası ərzində müxtəlif ölkələrdə 9 dəfə qızıl medalı boynundan asıb.

 

UEFA-nın rəsmi saytı da Avropada çempionluq sevinci yaşamış ata-bala futbolçuların siyahısını açıqlayıb. Onların arasında ata və iki oğul, həmçinin baba-ata-oğul çempionlar da var. Məsələn, Bolqarıstan, Farer adaları və İrlandiyada həm baba, həm ata, həm də oğul futbolçu karyerası ərzində ölkə çempionu ola bilib.

 

Ən çox titul qazanmış ailələr arasında Maldinilər və Busketslər də var. Belə ki, Çesare Maldini oğlu Paolo ilə birlikdə “Milan”da 11 çempionluq görüb. Karles Busketslə Serxio Buskets də eyni sayda ölkə çempionu olublar. İspaniyalı Manuel Sançis Martineslə oğlu Manuel Sançis Hontiyuelo müxtəlif dövrlərdə 12 dəfə “Real”ın heyətində La Liqanın qalibi olublar.

 

Rekord isə Kroyfflar ailəsindədi. Bu yaxınlarda dünyasını dəyişən Yohan Kroyff 3 müxtəlif klubda 10 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun oğlu Yordi isə 3 çempionluqla bu sayı 13-ə çatdırıb. Serxio Busketsin karyerasını davam etdirdiyini nəzərə alsaq, Busketslərin rekordu təkrarlamaq və yeniləmək şansı heç də az deyil.

 

Bəzi ölkələrdəki çempion ailələri təqdim edirik:

 

Almaniya
Maurisio Qaudino (1992 – “Ştutqart”); Canluka Qaudino (2015 – “Bavariya”)
Klaus Zammer (1971, 1973 – “Dinamo” (Drezden)); Mattias Zammer (1989, 1990 – “Dinamo” (Drezden); 1992 – “Ştutqart”; 1995, 1996 – “Borussiya” (Dortmund))

 

Xorvatiya

Zlatko Krançar (1982 – “Dinamo” (Zaqreb)); Niko Krançar (2003 – “Dinamo” (Zaqreb))

 

Çexiya
Karel Yarolim (1978 – “Dukla”); Lukas Yarolim (1996 – “Slaviya”)
Miroslav Kadleç (1991, 1998 – “Kayzerslautern”); Mixal Kadleç (2005, 2007 – “Sparta”)

 

İngiltərə
Yan Rayt (1998 – “Arsenal”); Şon Rayt-Fillips (2006 – “Çelsi”)

 

Finlandiya
Aleksey B Yeremenko (1987 – “Spartak” (Moskva), SSRİ; 2002, 2003 – “Helsinki”); Aleksey A Yeremenko (2002, 2003 – “Helsinki”); Roman Yeremenko (2009 – “Dinamo” (Kiyev))
Olavi Litmanen (1970 – “Reypas”); Yari Litmanen (2011 – “Helsinki”)
Ari Hyelm (1983 – “İlves”); Conni Hyelm (2007 – “Tampere Yunayted”)

 

İslandiya
Arnor Qudyonsen (1985, 1986, 1987 – “Anderlext”); Eydur Qudyonsen (2005, 2006 – “Çelsi”; 2009 – “Barselona”)
Eyolfur Sverrisson (1992 – “Ştutqart”; 1995 – “Beşiktaş”); Holmar Örn Eyolfsson (2015 – “Rusenborq”)

 

İtaliya
Çesare Maldini (1955, 1957, 1959, 1962 – “Milan”); Paolo Maldini (1988, 1992, 1993, 1994, 1996, 1999, 2004 – “Milan”)
Valentino Matsola (1943, 1945, 1947, 1948, 1949 – “Torino”); Sandro Matsola (1963, 1965, 1966, 1971 – “İnter”)
Fabio Kudiçini (1968 – “Milan”); Karlo Kudiçini (2005, 2006 – “Çelsi”)

 

Hollandiya
Yohan Kroyff (1966, 1967, 1968, 1970, 1972, 1973, 1982, 1983 – “Ayaks”; 1974 – “Barselona”; 1984 – “Feyenord”); Yordi Kroyff (1997, 1999, 2000 – “Mançester Yunayted”)
Danni Blind (1990, 1994, 1995, 1996, 1998 – “Ayaks”); Deyli Blind (2011, 2012, 2013, 2014 – “Ayaks”)
Cerri de Yonq (1991, 1992 – PSV); Naycel de Yonq (2004 – “Ayaks”; 2012 – “Mançester Siti”)

 

Rusiya
Qriqori Fedotov (1946, 1947, 1948 – MOİK (Moskva)); Vladimir Fedotov (1970 – MOİK (Moskva))

 

İspaniya
Karles Buskets (1991, 1992, 1993, 1994, 1998, 1999 – “Barselona”); Serxio Buskets (2009, 2010, 2011, 2013, 2015 – “Barselona”)
Migel Anxel Alonso (1981, 1982 – “Real Sosyedad”; 1985 – “Barselona”); Xabi Alonso (2014 – “Real”; 2015 – “Bavariya”)
Manuel Sançis Martines (1965, 1967, 1968, 1969 – “Real”); Manuel Sançis Hontiyuelo (1986, 1987, 1988, 1989, 1990, 1995, 1997, 2001 – “Real”)
Migel Reyna (1977 – “Atletiko”); Xose Reyna (2015 – “Bavariya”)

 

Ukrayna
Viktor Q Çanov (1950, 1951 – MOİK (Moskva)); Viktor V Çanov (1985, 1986, 1990 – “Dinamo” (Kiyev); 1991- “Makkabi” (Hayfa))
Pavlo Yakovenko (1985, 1986, 1990 – “Dinamo” (Kiyev)); Aleksandr Yakovenko (2012, 2013 – “Anderlext”)

 

Qeyd: Bolqarıstanda 9, Avstriyada 7, Albaniya, İrlandiya, Rumıniyada 4, İsveçdə 3, Kipr, Farer adalarında 2, Macarıstan, Makedoniya, Norveç, Portuqaliya, Serbiya, Slovakiya, İsveçrə və Uelsdə isə 1 ata-bala futbolçu dövründə ölkə çempionu olub.

0