[b]“Liverpul” “sarı sualtı qayığ”ı batırmaq iddiasında [/b]
04.05.2016 - 16:08
[b]“Liverpul” “sarı sualtı qayığ”ı batırmaq iddiasında [/b]

Sabah Avropa Liqasında (AL) yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, yenə hər iki görüş eyni gündə baş tutacaq.

 

“Şaxtyor” turnirin son qalibi “Sevilya”nın qonağı olacaq. İlk görüşdə qeydə alınan nəticə ispanların xeyrinədi. Səfərdə 2:2 hesablı heç-heçə edən “Sevilya”nı cavab qarşılaşmasında qələbə ilə yanaşı, 0:0 və 1:1 hesablı bərabərlik də qane edir. Odu ki, Unai Emerinin yetirmələrinin finala adlamaq şansı daha çox qiymətləndirilir. Əndəlus təmsilçisinin 2 futbolçusu zədədən əziyyət çəkir. Söhbət danimarkalı yarımmüdafiəçi Mikael Kron-Deli və komandanın əsas kapitanı olan Xose Antonio Reyesdən gedir.

Qonaqların da heyətlə bağlı problemləri var. Belə ki, braziliyalı futbolçu Fred cəzalı olduğu üçün ilk qarşılaşmada olduğu kimi, bu dəfə də komandasına kömək edə bilməyəcək. Donetsk klubunun digər “sambaçı”sı Marsio Azevedo bir müddətdi ki, zədədən əziyyət çəkir. Onunla yanaşı, Dentinyo və Qladkinin də zədəsi var. Adıçəkilən oyunçuların “Sevilya” ilə görüşdə iştirakı sual altındadı.

 

Gecənin digər qarşılaşması isə “Enfild Roud” stadionunda keçiriləcək. İspaniyanın yarışdakı digər təmsilçisi “Vilyareal” “Liverpul”un qonağı olacaq. “Sarı sualtı qayıq” ilk oyunda 1:0 hesablı qələbə qazanıb. Bu isə onu göstərir ki, “Vilyareal” sabahkı görüşdə ehtiyatlı oyuna üstünlük verəcək. “Liverpul”a mütləq qol lazım olduğundan, Yurgen Kloppun yetirmələri hücuma daha çox atılacaqlar. “Mersisaydlılar” İngiltərə Premyer Liqasının XXXVI turunda “Suonsi”yə 1:3 hesabı ilə uduzublar. Bu isə “Liverpul”un diqqətini daha çox AL-ə yönəltdiyini göstərir. “Qırmızılar”ın heyətində Əmrə Can, Divok Oriqi, Joe Qomes, Cordan Henderson və Cordan Rossiter zədədən əziyyət çəkir.   

 

“Vilyareal”ın da heyətlə bağlı problemləri var. Belə ki, Baptistao və Beylli zədəlidi. Xüsusilə, Baptistaonun zədəsinin ağır olduğu bildirilir.

 

 

Avropa Liqası, yarımfinal mərhələsinin cavab oyunları

 

 

5 may

 

 

23:05. “Sevilya” (İspaniya) - “Şaxtyor” (Ukrayna)

İlk oyun – 2:2

Hakimlər:

Əlavə hakim köməkçiləri:

Sevilya. “Ramon Sançes Pisxuan” stadionu

 

23:05. “Liverpul” (İngiltərə) - “Vilyareal” (İspaniya)

İlk oyun – 0:1

Hakimlər: Viktor Kaşşai, Qyorqi Rinq, Vençel Tot, Peter Berettyan

Əlavə hakim köməkçiləri: Tamas Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

Liverpul. “Enfild Roud” stadionu

 

 

0