[b] Əliyar Ağayevə növbəti təyinat[/b]
04.05.2016 - 16:35
[b] Əliyar Ağayevə növbəti təyinat[/b]

Sabah Bakıda start götürəcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının ikinci oyun gününün təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, C və D qrupunun ilk tur matçlarını idarə edəcək hakimlər müəyyənləşib.

 

Baş hakim və köməkçiləri ilə yanaşı, hakim-inspektor və UEFA nümayəndələri də bəllidi.

 

Azərbaycan referiləri mayın 6-da da iş başında olacaqlar. FİFA hakimlərimizdən Əliyar Ağayev Hollandiya – İspaniya, Orxan Məmmədov da İngiltərə – İsveç qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Fransa - Danimarka matçının hakim-inspektoru isə Asim Xudiyev olacaq.

 

 

6 may

I tur

 

D qrupu

14:00. İtaliya – Serbiya

Baş hakim: Mitya Zqaneç (Sloveniya)

Baş hakimin köməkçiləri: Eduard Spiteri (Malta), Emmet Dinan (İrlandiya)

Dördüncü hakim: Alain Duro (Lüksemburq)

UEFA nümayəndəsi: Riçard Havrilla (Slovakiya)

Hakim-inspektor: Marko Batya (Fransa)

“Qarabağ” stadionu

 

15:30. Hollandiya – İspaniya

Baş hakim: Fran Yoviç (Xorvatiya)

Baş hakimin köməkçiləri: Marios Dimitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan)

Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)

UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

“Dalğa Arena”

 

C qrupu

19:00. Fransa - Danimarka

Baş hakim: Ville Nevalaynen (Finlandiya)

Baş hakimin köməkçiləri: Endryu Kristiansen (Farer adaları), Neeme Neemlayd (Estoniya)

Dördüncü hakim: Sergeyus Sliva (Litva)

UEFA nümayəndəsi: Rudolf Zavrl (Sloveniya)

Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)

“Dalğa Arena”

 

19:00. İngiltərə - İsveç

Baş hakim: Sveyn Erik Edvartsen (Norveç)

Baş hakimin köməkçiləri: Alen Heyniger (İsveçrə), Ceyhun Sesigüzel (Türkiyə)

Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)

UEFA nümayəndəsi: Ludoviko Mikallef (Malta)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

“Qarabağ” stadionu

 

0