[b]Təbriz Həsənov “18-liy”i açıqladı[/b]
04.05.2016 - 16:37
[b]Təbriz Həsənov “18-liy”i açıqladı[/b]

UEFA U-17 Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimizin baş məşqçisi Təbriz Həsənov yarış üçün “18-liy”i ilk matçdan bir gün öncə müəyyənləşdirib.

 

O, çempionatda Pilağa Mehdiyev, Kamran İbrahimov, Elçin Əsədov (hamısı “Neftçi”), Hüseyin Seyliğli, Ege Atlam, Metin Güler (hamısı “Beşiktaş”, Türkiyə), Ricat Qarayev (“Sumqayıt”), Məmməd Hüseynov (“Qarabağ”), İbrahim Qədirzadə, Yusif Həsənov (hər ikisi “Xəzər Lənkəran”), İsmayil Karakaş, Doğukan Öksüz (hər ikisi “Trabzonspor”, Türkiyə), Ceyhun Muxtarlı, Nadir Qasımov, Süleyman Əhmədov (hamısı “İnter”), Barış Ekinçier (“Rot-Vays”, Essen, Almaniya), Fərid Nəbiyev (“Qəbələ”), Murad Mahmudova (“Leyppsiq”, Almaniya) güvənməyə qərar verib.

 

Həsənov daha iki oyunçu – Murad Popov (“Qəbələ”) və Bahadur Həziyevi (“Neftçi”) ehtiyat futbolçu qismində nəzərində saxlayıb. Əgər son anda heyətdə zədələnən olarsa, bu oyunçulara ehtiyac yarana bilər.

0