Paolo Maldini “Milan”a qayıdır
04.05.2016 - 17:32
Paolo Maldini “Milan”a qayıdır

İtaliya futbolunun canlı əfsanəsi Paolo Maldini sevimli komandası “Milan”a qayıtmağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, bu yaxınlarda dünyasını dəyişən atası Çesare Maldini kimi, məşqçilik etmək fikrində deyil.

 

Maldininin “Milan”da direktor vəzifəsinə təyin edilməsi gözlənilir. Bu isə klubun səhmlərinin çinli biznesmenlərə satılıb-satılmayacağından asılıdı. Belə ki, əgər çinlilər kluba sahib çıxsalar, o zaman Maldini bu vəzifəyə gətiriləcək. Həftəsonu klubun sahibi Silvio Berluskoninin “qıyıqgözlər”lə müqavilə imzalaması gözlənilir.

 

Qeyd edək ki, Paolo Maldini futbolçu karyerası ərzində yalnız “Milan”ın formasını geyinib. O, 1985-2009-cu illərdə “rossonyerlər”in heyətində 900-dən oyunda iştirak edib.

0