[b]UEFA “İnter”ə vaxt qoydu: 8,5 milyon avro ödənilməlidi![/b]
04.05.2016 - 18:15
[b]UEFA “İnter”ə vaxt qoydu: 8,5 milyon avro ödənilməlidi![/b]

“Qalatasaray” İtaliya “İnter”ində icarə əsasında çıxış edən Aleks Telleşi yayda geri qaytara bilər. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı müdafiəçinin “neradzurra”da qalmaq ehtimalı azdı.

 

Əslində, həm futbolçu özü “İnter”də oynamaqdan məmnundu, həm də klub rəhbərliyi və baş məşqçi onun çıxışından razıdı. Sadəcə, milanlılar transferlərə UEFA-nın maliyyə feyr-pley qanunları çərçivəsində pul xərcləməlidi. 

 

Bununla bağlı danışan Telleşin agenti Fernando Otto məsələyə aydınlıq gətirib. O bildirib ki, “İnter” müştərisinin transfer hüququna birdəfəlik yiyələnmək istəyirsə, mayın 20-nə qədər tələb olunan məbləği “Qalatasaray”a ödəməlidi: “Roberto Mançini Aleksi çox istəyir, ondan razıdı. Lakin “İnter”in maliyyə problemləri var. Komanda transferlərə UEFA-nın maliyyə feyr-pley qanunları çərçivəsində pul xərcləməlidi. Hələ ki, qərar verilməyib, mayın 20-nə qədər vaxtları var. “İnter” həmin tarixə kimi “Qalatasaray”a 8,5 milyon avro ödədiyi halda, Aleksin transfer hüquqlarını ala biləcək. Telleşlə başqa ölkələrdən də maraqlananlar var”.

 

Ayın 18-də İstanbula gedəcək Fernando Otto “Qalatasaray” rəsmiləri ilə də görüş keçirəcək. Onun sözlərinə görə, Telleş “İnter”də özünü xoşbəxt hiss etsə də, “cim-bom”a qayıtmağa razıdı: “Aleks “İnter”də xoşbəxtdi. Ora qısa zamanda uyğunlaşdı. Ancaq “Qalatasaray”a qayıtmaqdan da razı qalar. Çünki “Qalatasaray” böyük klubdu”.

 

Qeyd edək ki, Aleks Telleş “Qalatasaray”a 2014-cü ildə “Qremio” klubundan transfer olunub. Cari mövsümün əvvəlindən icarə əsasında “İnter”də çıxış edən müdafiəçi “neradzurra”nın heyətində 20 oyun keçirib.

 

 

0