[b]“Hücum quruculuğunda ideala yaxınıq, amma...” – Roman Qriqorçuk[/b]
04.05.2016 - 20:29
[b]“Hücum quruculuğunda ideala yaxınıq, amma...” – Roman Qriqorçuk[/b]

“Futbolçularıma təşəkkür edirəm. Onları qınamaq istəmirəm. Belə vəziyyətdə güclü olub, baş verənləri yaşamaq lazımdır. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında öz meydanında “Neftçi” ilə 1:1 hesablı bərabərə qalan və penalti seriyasında rəqibinə məğlub olaraq finalın bir addımlığında mükafatla vidalaşan əyalət klubunun ukraynalı çalışdırıcısı matç bitdikdən sonra fikirlərini bölüşüb: “Artıq qarşıdakı çempionat matçını da düşünməliyik. Bəzi oyunların təhlilindən sonra futbolçularla sərt, tənqidi söhbət etmişik. Amma bu matça görə onlara irad bildirmək olmaz. Futbolçularım bütün bacarıqlarını ortaya qoydular. Lakin onlara çox öyrənmək lazımdır. Onlara dəstək olmağa çalışıram. Finala yüksələ bilməməyimizin səbəblərindən biri odur ki, həm ilk, həm cavab oyununda qol imkanlarından istifadə edə bilmədik. Hücum quruculuğunda ideala yaxınıq, amma sonluğu alınmır. Bütün oyun boyu aşkar üstünlüyə malik olduq. Əlbəttə, müəyyən səhvlər, istifadə olunmayan qol imkanları da gördük”.

 

Təcrübəli mütəxəssis penalti seriyasında zərbə vuran oyunçuların seçimini də dəyərləndirib: “Penaltilər seriyasında zərbə endirən oyunçuları onların istəyinə əsasən seçirəm. Bu gün də belə oldu. Seçim barədə düşünüb, təhlil etmək istəmirəm. Bu deyil, digər futbolçunun zərbə vurmasının necə nəticələnəcəyini bilmək olmaz. Bu matçda uduzub, kubok yarışından kənarda qaldıq. Peşəkar kimi yanaşsaq, qələbənin də, məğlubiyyətin də olduğu idman həyatını yaşamalıyıq”.

 

(klub saytı)

0