[b]AÇ-2016: 38 yaşlı futbolçu yekun heyətdə[/b]
10.05.2016 - 10:00
[b]AÇ-2016: 38 yaşlı futbolçu yekun heyətdə[/b]

Avro-2016-da iştirak edəcək İslandiya yığmasının yekun heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, “23-lük”də ancaq legioner həyatı yaşayan futbolçular yer alıblar.

 

Yekun heyətə təcrübəli futbolçu, 38 yaşlı Eydur Qudyonsenin də adı daxil edilib. 

 

Bundan əlavə, 6 nəfərdən ibarət ehtiyat oyunçuların siyahısı tərtib olunub. Yəni “23-lük”dəki futbolçulardan kimsə zədələnsə, onu məhz ehtiyat oyunçulardan biri əvəzləyəcək.

 

Qeyd edək ki, islandiyalılar Portuqaliya, Avstriya və Macarıstanla birlikdə F qrupunda çıxış edəcəklər.  

 

Qapıçılar: Hannes Halldorsson (“Bodo-Qlimt”, Norveç), Öqmundur Kristinsson (“Hammarbü”, İsveç), İnqvar Consson (“Sandefyord”, Norveç)

Müdafiəçilər: Ari Skulason (OB, Danimarka), Hordur Maqnusson (“Çesena”, İtaliya), Hyörtur Hermannsson (“PSV Eyndhoven”, Hollandiya), Raqnar Siqurdsson (“Krasnodar”, Rusiya), Kari Árnason (“Malmö”, İsveç), Sverrir İnqi İnqason (“Lokeren”, Belçika), Birkir Sevarsson (“Hammarbü”, İsveç), Haukur Heydar Hauksson (AİK, İsveç).

Yarımmüdafiəçilər: Emil Hallfredsson (“Udineze”, İtaliya), Gilfi Siqurdsson (“Suonsi”, Uels), Aron Qunnarsson (“Kardiff”, Uels), Teodor Elmar Byarnason (AGF, Danimarka), Arnor İnqvi Traustason (“Norrköpinq”, İsveç), Birkir Byarnason (“Bazel”, İsveçrə), Yohann Qudmundsson (“Çarlton”, İngiltərə), Eydur Qudyonsen (“Molde”, Norveç), Runar Mar Siquryonsson (“Sandsvell”, İsveç).

Hücumçular: Kolbeynn Siqthorsson (“Nant”, Fransa), Alfred Finnboqason (“Auqsburq”, Almaniya), Con Dadi Bödvarsson (“Kayzerslautern”, Almaniya).

 

Ehtiyat oyunçular: Qannleyfur Qannleyfsson (“Breydablik”), Hallqrimur Yonasson (OB, Danimarka), Holmar Örn Eyjolfsson (“Rusenborq”, Norveç), Rurik Qislason (“Nürnberq”, Almaniya), Olafur İnqi Skulason (“Gənclərbirliyi”, Türkiyə), Vidar Örn Kyartansson (“Yianqsu Suninq”, Çin).

 

0