[b]AÇ-2016: Beyl Uels yığmasına çağırılmadı[/b]
10.05.2016 - 10:11
[b]AÇ-2016: Beyl Uels yığmasına çağırılmadı[/b]

Uels yığmasının Avropa çempionatı üçün ilkin heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Kris Koulmen 29 oyunçuya dəvət göndərib.

 

“Əjdahalar”ın lideri Qaret Beyl 29 nəfərlik heyətdə yer almayıb. Hazırda zədədən əziyyət çəkən “Real”ın hücumçusunun durumuna Çempionlar Liqasının final matçından sonra aydınlıq gələcək. Koulmen 23 nəfərlik yekun heyəti mayın 31-də açıqlamağı planlaşdırır.

 

Uels millisi qitə birinciliyi öncəsi iyunun 5-də Stokholmda İsveç yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

 

Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”, İngiltərə), Danni Uord (“Liverpul”, İngiltərə), Oveyn Fon Uillyams (“İnverness”, Şotlandiya)

Müdafiəçilər: Ben Deyvis (“Tottenhem”, İngiltərə), Neyl Teylor, Eşli Uillyams (hər ikisi “Suonsi”), Kris Qanter (“Ridinq”, İngiltərə), Ceyms Çester (“Vest Bromviç”, İngiltərə), Eşli Riçards (“Fulhem”, İngiltərə), Pol Dammett (“Nyukasl”, İngiltərə), Adam Henli (“Bləkbörn”, İngiltərə), Adam Mattyu (“Sanderlend”, İngiltərə), Ceyms Kollins (“Vest Hem”, İngiltərə)

Yarımmüdafiəçi: Aron Remsi (“Arsenal”, İngiltərə), Co Ledli, Conatan Uillyams (hər ikisi “Kristal Pelas”, İngiltərə), Devid Von (“Nottingem Forest”, İngiltərə), Co Allen (“Liverpul”, İngiltərə), Devid Kotterill (“Birmingem”, İngiltərə), Corc Uillyams (“Fulhem”, İngiltərə), Endi Kinq (“Lester”, İngiltərə), Emir Hyus (“Viqan”, İngiltərə), Devid Edvards (“Vilverhempton”, İngiltərə)

Hücumçular: Hal Robson-Kanu (“Ridinq”, İngiltərə), Sem Uokes (“Bernli”, İngiltərə), Tom Bradşou (“Uolsoll”, İngiltərə), Tom Lourens (“Lester”, İngiltərə), Simon Krauç (“Nottingem Forest”, İngiltərə), Ues Börns (“Uolsoll”, İngiltərə).

 

0