[b]AÇ-2016: İspaniya yığması Avropa çempionu olsa...[/b]
10.05.2016 - 18:57
[b]AÇ-2016: İspaniya yığması Avropa çempionu olsa...[/b]

İspaniya yığmasının futbolçularının Avropa çempionatında qazanacaqları mükafatın məbləği açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İspaniya Futbol Federasiyası 23 oyunçunun hər birinə mükafat vəd edib.

 

Komanda əgər Avropa çempionu olarsa, 23 futbolçunun hər birinə 340 min avro ödəniləcək. Bu mükafat qələbə qazanılan oyunlar və çempionluq üçün UEFA-dan gələcək pulla qarşılanacaq.

 

Komanda qrup səddini aşarsa futbolçulara 40, 1/4 finala adlasa 30, yarımfinala adını yazdırarsa 30, finala yüksələrsə 175 min avro veriləcək. Çempionluq isə oyunçulara 340 min avro qazanc gətirəcək. Lakin İspaniya millisi qrupda qalsa, heç bir oyunçuya əlavə pul verilməyəcək.

 

AÇ-2016-nı qazanacaq komanda isə UEFA-dan 27 milyon avro qazanc götürəcək.

 

Qeyd edək ki, İspaniya millisi 2010-cu ildə dünya çempionu olanda futbolçuların hər birinə 600 min avro mükafat verilmişdi. 

0