AÇ-2016: İngiltərə millisində ciddi itki
12.05.2016 - 00:10
AÇ-2016: İngiltərə millisində ciddi itki

“Arsenal”ın hücumçusu Danni Uelbek əməliyyat olunub. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, “Mançester Siti” ilə oyunda (2:2) zədələnən futbolçu sağ dizindən cərrahi müdaxiləyə məruz qalıb.

 

25 yaşındakı oyunçu 9 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Uelbek bu zədə səbəbindən bu yay Fransada təşkil olunacaq AÇ-2016-nı da buraxmalı olacaq. 

0