[b]Yığmamız Avropa çempionatından kənarda qaldı[/b]
16.05.2016 - 14:52
[b]Yığmamız Avropa çempionatından kənarda qaldı[/b]

Azərbaycan millisinin şahmatçıları şəxsi Avropa çempionatına yollanmayıblar. Apasport.az saytının məlumatına görə, buna səbəb sayca 17-ci yarışın ölkəmiz tərəfindən tanınmayan Kosovada keçirilməsidi.

 

Belə ki, bu gün Cakovitse şəhərində start götürəcək çempionat təmsilçilərimiz olmada baş tutacaq. Hərçənd, millimizdən fərqli, bir sıra dövlətlər Kosovanı tanımadıqlarından şahmatçılarını yarışa göndəriblər. Bunlar sırasında Rusiya, Ukrayna, İspaniya, Ermənistan, Gürcüstan və İsrail də var.

 

Qeyd edək ki, Avropa çempionatı ilk dəfə mübahisəli ərazidə keçirilir. 

0